Sahibkara məxsus üç obyekt yandı - FOTO

Oğuzun Kərimli kəndi ərazisində yerləşən və hər biri fəaliyyətdə olan aptek, geyim mağazası və baytarlıq aptekində hələlik bəlli olmayan səbəbdən güclü yanğın qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, yanğın hadisəsi aptekin yerləşdiyi otaqdan başlayıb. Daha sonra alov güclənərək bitişik binadakı baytarlıq apteki və geyim mağazasının da daxil olduğu ümumi sahəsi 170 m² olan obyekti əhatə edib. Yanğın zamanı aptek və içərisindəki dərman preparatlarının böyük hissəsi yanıb. Geyim mağazası və baytarlıq aptekinin tavan hissəsinə də ciddi ziyan dəyib.
Hadisə yerinə cəlb edilən Oğuz Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və şəxsi heyətinin səyi nəticəsində yanğın söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB














