Sakinlər prezidentin olduğu avtomobilə daş və butulka atıblar

Argentina Prezidenti Xavyer Mileyin kortejinə daş və butulka atılıb, nəticədə dövlət başçısı təhlükəsizlik qüvvələri tərəfindən təcili təxliyə edilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə TN telekanalı məlumat yayıb.
Hadisə Miley üstü açıq limuzinlə Buenos-Ayres əyalətinin Lomas de Zamora şəhərinin küçələri ilə hərəkət edərkən baş verib.
Prezident bacısı Karina ilə birlikdə hakim partiyadan parlament deputatlığına namizədin seçki kampaniyası aparmaq üçün oraya gəlib. Mileyin siyasətindən narazı qalan yerli sakinlər onun avtomobilinə daş və butulka atmağa başlayıblar. Daşlardan biri prezidentin başından bir neçə santimetr yan keçib.
Bundan əlavə, küçədə Mileyin əleyhdarları ilə tərəfdarları arasında toqquşmalar başlayıb. Təhlükəsizlik əməkdaşları dövlət başçısını təcili aparmağa məcbur olublar.
Mileyin sözçüsü Manuel Adorni iğtişaşlarda müxalifəti, xüsusən də keçmiş prezident Kristina Fernandez de Kirşner tərəfdarlarını günahlandırıb və bildirib ki, "kirşnerizm" mövcudluğuna son qoyulmalıdır.

Gəncədə sürücülər motokuryerlərdən narazıdır; 10 gündə 3 qəza - VİDEO
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib - FOTO
Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən ƏMƏLİYYAT - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı












