Şamaxıda avtomobil yolunda çökmə baş verdi; gediş-gəliş çətinləşib - FOTO

Son günlər yağan yağışlar səbəbindən Şamaxıda sürüşmə zonaları aktivləşib.
Avtosfer.az xəbər verir ki, uzunluğu 16 kilometr olan Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunda çökmə baş verib.
Yolun bir neçə hissəsi dağılıb, asfalt örtüyündə çökmələr və yolun ortasında iri çatlar əmələ gəlib. Dörd kəndi birləşdirən, turizm əhəmiyyətli bu yolda üçüncü dəfədir ki, torpaq sürüşməsi baş verir.
Yolun bəzi hissələrində hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, yolda 4-5 metr uzunluğunda iri və xırda çatlar əmələ gəlib. Yolun digər tərəfində isə asfalt örtüyü dağılaraq, iri qabarmalar yaranıb.
Sis kəndinə gedən avtomobil yolu da sürüşməyə məruz qalıb. Yolun bir hissəsinin uçması səbəbindən kəndə gediş-gəliş çətinləşib.
19 saylı xüsusi təyinatlı yol istismar MMC-nin baş mühəndisi Kənan Babaşovun sözlərinə görə, hava şəraiti sabitləşəndən sonra ziyan dəymiş ərazilərdə təmir-bərpa işləri görüləcək.
Qeyd edək ki, sürüşmə baş verən ərazi rayon mərkəzindən 22 km aralı məsafədə yerləşir.





Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












