Seldə neçə nəfər xəsarət alıb? - Vəziyyətləri AÇIQLANDI

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq təcili tibbi yardıma 60-dan çox müraciət qeydə alınıb.
Bu barədə Avtosfer.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, paytaxtla yanaşı, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şabran, Siyəzən və Ağsu rayonlarından güclü yağış yağması səbəbindən yaranan çətinliklər fonunda vətəndaşların müraciətləri qeydə alınıb:
“Belə ki, Siyəzən rayonunun Həmiyə kəndi ərazisindən daxil olan çağırış əsasında Siyəzən Təcili Tibbi Yardım Stansiyasının 3 briqadası hadisə yerinə cəlb olunub. Sel təhlükəsi ilə üzləşən təxminən 57 nəfərə yerində ilkin tibbi yardım göstərilib. Həmin şəxslərdən daha ixtisaslı tibbi yardıma ehtiyacı olanlar təxliyə edilərək Siyəzən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Hazırda 26 nəfərin müalicəsi stasionar olaraq davam etdirilir.
Şabran rayonu ərazisindən 1970-ci il təvəllüdlü (kişi cinsli) şəxs Şabran Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Təcili tibbi yardım şöbəsinə yerləşdirilən şəxsə zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Ağsu rayonunda isə selin ekskavatoru aparması nəticəsində xəsarət alan 3 nəfər (kişi cinsli) Şamaxı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Onlardan 2 nəfərin müalicəsi Terapiya şöbəsində davam etdirilir, vəziyyətləri stabildir. Digər şəxsin vəziyyəti isə qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, sözügedən hadisə nəticəsində 1 nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb”.
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO












