Şəmkirdə DƏHŞƏT: söyüşə görə həmkəndlisini bıçaqladı

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
Bildirilib ki, hadisə rayonun Çaparlı kəndində qeydə alınıb. 1993-cü il təvəllüdlü kənd sakini K.Zamanov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Yaralı dərhal əməliyyat edilib. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
E.Qasımovun sözlərinə görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, Çaparlı kənd sakini 2000-ci il təvəllüdlü Fərrux Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Avtosfer.az xəbər verir ki, tərəflər arasında uzun müddətdir ədavət olub. Bir neçə gün əvvəl ot biçimi zamanı K.Zamanov F.Məmmədovu söyüb.
Bu gün də tərəflər arasında mübahisə düşüb. Bu zaman F.Məmmədov söyüşə görə K.Zamanova bıçaq xəsarəti yetirib.
(oxu.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












