Sərnişinlər dəhşətli anlar yaşadılar: 30 nəfər yaralandı - FOTO - VİDEO

İspaniyanın paytaxtı Madriddən Uruqvayın Montevideo şəhərinə uçuş zamanı güclü turbulentlik səbəbindən 30 nəfər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, hadisə "Air Europa" aviaşirkətinə məxsus təyyarədə baş verib. "Boeing-787 Dreamliner" Braziliya ərazisi üzərindən uçarkən turbulent zonaya düşüb. Hadisə səbəbindən pilot təyyarəni Braziliyanın Natal şəhərində təcili olaraq endirməli olub.
Sərnişinlərin sözlərinə görə, pilot turbulentlik hiss edə biləcəkləri barədə xəbərdarlıq edib və onların təhlükəsizlik kəmərlərini bağlamalarını istəyib. Lakin pilotun elanından sonra uzun müddət ərzində silkələnmə cüzi olub.
"Çox az turbulentlik var idi, demək olar ki, hiss olunmurdu, birdən təyyarə kəskin şəkildə düşməyə başladı və hamımız yerimizdən sıçradıq. Kəməri bağlı olmayanlar sözün həqiqi mənasında uçdular", - deyə şahidlərdən biri xatırlayıb.
Bununla bağlı yayılan kadrlardan görünür ki, bəzi sərnişinlər hətta baqaj bölmələrinin içinə düşüblər: oradan çıxmaq üçün onlara yoldaşlarının köməyi lazım olub.
Digər sərnişin təyyarədə baş verənlərin əsl dəhşət filmlərini xatırlatdığını deyib.
"Sən son sürətlə düşdüyünü başa düşürsən və fikirləşirsən ki, hər şey bununla bitəcək, öləcəksən", - deyə o hisslərini bölüşüb.
Sərnişinlər qeyd ediblər ki, təyyarənin sərbəst düşməsi təxminən səkkiz saniyə davam edib. Onların fikrincə, bu müddət ərzində hava gəmisi kəskin şəkildə 500 metr enib.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
(oxu.az)
Milyonluq "Lamborgini" yolda yanıb kül oldu – FOTO
Kənar Dairəvi yolda otluq ərazidə yanğın baş verib - FOTO - VİDEO
Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı – FOTO - VİDEO
Bakıda piyadadan ağlasığmaz hərəkət – Yolda uzanıb pul istədi - VİDEO
Bakı-Şamaxı yolunda yük maşını alovlara büründü - VİDEO
Qaçaraq özünü maşına çırpan piyada hadisə yerində öldü - ANBAAN VİDEO
Heydər Əliyev prospektində təhlükəli asfalt motosikletçiləri riskə atır - VİDEO
Bakının əsas şosesində motosiklet sürücüləri üçün TƏHLÜKƏLİ VƏZİYYƏT: Hər an ölümcül qəza ola bilər - VİDEO
211 nömrəli avtobusda sürücü skuterə görə uşaqla ananı avtobusa buraxmadı - VİDEO - YENİLƏNİB
Tovuzda narkotik əməliyyatı - İki nəfər həbs edildi - FOTO
Bu yolda çuxurlar sürücüləri çətin vəziyyətə salır - VİDEO













