Sevgilisini öldürüb evin həyətində basdıran şəxsin məhkəməsi başlayıb

Sevgilisini öldürüb evin həyətində basdırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb.
Avtosfer.az “Report”a istinadən məlumat verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə hazırlıq iclası keçirilib.
Təqsirləndirilən Baxşəliyev Könül məhkəməyə video konfrans vasitəsi ilə qoşulub.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, hüquqları izah olunub.
Məhkəmə baxışı dekabrın 12-nə təyin edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 2022-ci ilin may ayında itkin düşmüş Abşeron rayon sakini, 1965-ci il təvəllüdlü Bahar Məmmədovanın qəsdən öldürülməsi müəyyən edilib.
Belə ki, Bahar Məmmədovanın 2022-ci ilin may ayında itkin düşməsi faktı üzrə Abşeron rayon polis idarəsi və Abşeron rayon prokurorluğu əməkdaşlarının keçirdiyi çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun Masazır qəsəbəsində birlikdə yaşadığı evdə tanışı 1969-cu il təvəllüdlü Könül Baxşəliyev tərəfindən qısqanclıq zəminində boğularaq qəsdən öldürülməsi, daha sonra isə həmin evin həyətində basdırılmasına əsaslı şübhələr müəyyən edilib.
İstintaqla müəyyən edilib ki, Könül Baxşəliyev 2 il müddətində öldürdüyü qadının təqaüdünü alaraq, dövlətə 7 min manata qədər quruma ziyan vurub.
İş üzrə Dövlət Sosial Müdafiə Fondu” Publik Hüquqi Şəxs də zərərçəkmiş kimi tanınıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












