Sumqayıtda binada yanğın: Tüstüdən zəhərlənənlərin kimliyi məlum olub - FOTO (Yenilənib 3)

Abşeron rayonu "Şəfəq" qəsəbəsində baş verən yanğınla bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 6 nəfər (kişi cinsli) yerləşdirilib.
Bu barədə "Report"a Sumqayıt Tibb Mərkəzindən bildirilib.
Onlara digər qazların toksiki təsiri diaqnozu təyin edilib. Vəziyyəti qənaətbəxş hesab olunan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 3 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir.
---
Sumqayıt şəhəri, stansiya Sumqayıt adlanan ərazidə doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı xəsarət alanların kimliyi məlum olub.
"Report" xəbər verir ki, yanğın nəticəsində 6 nəfər tüstüdən zəhərlənib:
2001-ci il təvəllüdlü Tural Məmmədov,
1994-cü il təvəllüdlü Elvin Nağıyev,
1999-cu il təvəllüdlü Məhəmməd Yaşar,
Tərlan Kərimov,
Mütəllim İbrahimov,
Fərid Nədibov.
Qeyd edək ki, Sumqayıt şəhəri, stansiya Sumqayıt adlanan ərazidə doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın zamanı 25 bina sakini təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə olunub.
----
Sumqayıt şəhərində yaşayış binalarından birində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, bütün zəruri tədbirlər görülür, ərazi və sakinlərin əmlakı mühafizəyə götürülüb.
Qeyd edək ki, Sumqayıt şəhəri, stansiya Sumqayıt adlanan ərazidə doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın zamanı 25 bina sakini təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə olunub.
---
Sumqayıtda yaşayış binasında baş verən yanğın söndürülüb.
Avtosfer.az xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğının qarşısı alınıb.
Yanğın nəticəsində tüstüdən zəhərlənən 4 nəfər xəstəxanadadır.
---
Sumqayıtda yaşayış binasında yanğın baş verib, tüstüdən zəhərlənənlər var.
Hadisə “Stansiya Sumqayıt” adlanan ərazidə, keçmiş məcburi köçkünlərin yaşadığı binada qeydə alınıb.
İlkin məlumata görə, 4 nəfər tüstüdən zəhərlənib. Təcili tibbi yardımın köməyi ilə onlar xəstəxanaya çatdırılıb.
Ümumilikdə 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Milyonluq "Lamborgini" yolda yanıb kül oldu – FOTO
Kənar Dairəvi yolda otluq ərazidə yanğın baş verib - FOTO - VİDEO
Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı – FOTO - VİDEO
Bakıda piyadadan ağlasığmaz hərəkət – Yolda uzanıb pul istədi - VİDEO
Bakı-Şamaxı yolunda yük maşını alovlara büründü - VİDEO
Qaçaraq özünü maşına çırpan piyada hadisə yerində öldü - ANBAAN VİDEO
Heydər Əliyev prospektində təhlükəli asfalt motosikletçiləri riskə atır - VİDEO
Bakının əsas şosesində motosiklet sürücüləri üçün TƏHLÜKƏLİ VƏZİYYƏT: Hər an ölümcül qəza ola bilər - VİDEO
211 nömrəli avtobusda sürücü skuterə görə uşaqla ananı avtobusa buraxmadı - VİDEO - YENİLƏNİB
Tovuzda narkotik əməliyyatı - İki nəfər həbs edildi - FOTO
Bu yolda çuxurlar sürücüləri çətin vəziyyətə salır - VİDEO












