Taksi sürücüsünü qətli ilə bağlı ibtidai istintaq yekunlaşıb

14 il əvvəl Şəmkirdə törədilmiş qəsdən adam öldürmə cinayətinin ibtidai istintaqı yekunlaşıb.
Bu barədə Avtosfer.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Xəbərə görə, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə fəaliyyəti nəticəsində 14 il əvvəl Şəmkir rayonunda törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb.
Həyata keçirilmiş kompleks istintaq və əməliyyat tədbirləri nəticəsində, Şəmkir rayonunun Yeniabad kənd sakini 1989-cu il təvəllüdlü Turab Vəliyevin fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Məhərrəm Həsənovla Şəmkir rayonunun Mahmudlu kəndindən Yeniabad kəndi istiqamətində 15.02.2010-cu il tarixdə hərəkətdə olarkən göstərilən sərnişin daşıma xidməti müqabilində ödənişlə bağlı aralarında yaranmış mübahisə zamanı sonuncunu idarə etdiyi avtomobildə üzərində gəzdirdiyi cib bıçağı ilə çoxsaylı bədən xəsarətləri yetirərək xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Turab Vəliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işinin ibtidai istintaqı tamamlanıb və ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiqlənərək baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla Baş Prokurorluqla digər hüquq-mühafizə orqanlarının koordinasiyalı fəaliyyəti davam etdirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












