Tanışını avtomobildə odlu silahla öldürməkdə şübhəli bilinən şəxs tutuldu

Avqustun 20-də Göyçayda avtomobilin içində 37 yaşlı kişinin meyiti tapılıb.
Avtosfer.az xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi hadisə ilə bağlı birgə məlumat yayıb.
Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Göyçay rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.
Belə ki, avqustun 20-də 1987-ci il təvəlllüdlü Ramin Malxasovun odlu silahdan açılmış atəş nəticəsində qəsdən öldürülüb.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat axtarış tədbirləri ilə qeyd edilən cinayət əməlinin zərərçəkmişin tanışı 1995-ci il təvəllüdlü Əhməd Əhmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilərək avqustun 21-də barəsində axtarış elan olunub.
Əhməd Əhmədov avqustun 24-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












