Tələbə qızı öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Lənkəranda tələbə qızı qətlə yetirməkdə təqsirləndirilən Elvin İsmayılzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, onun barəsində toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Xamməd Nuriyevin icraatına verilib.
Qeyd edək ki, bu il mart ayında Cəlilabad rayon sakini, tələbə olan 22 yaşlı Könül Ağayevanın itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Lənkəran rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Könül Ağayevanın qəsdən öldürülməsi müəyyən edilib.
Keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 21 yaşlı Lənkəran şəhər sakini Elvin İsmayılzadənin martın 1-də Lənkəran şəhəri ərazisində yerləşən evlərdən birində Könül Ağayevanı boğaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün Könül Ağayevanın meyitini həmin fərdi yaşayış evinin birinci mərtəbəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib.
Elvin İsmayılzadə saxlanılıb, ona Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












