Türkiyədə itkin düşən qızlar tapıldı - Nazir xəbəri Ərdoğana ağlayaraq çatdırdı

Türkiyənin Kocaeli şəhərindən Boluya ekskursiyaya gedən 10 qız uşağı və onları müşayiət edən 3 nəfərin olduğu mikroavtobus geri qayıdarkən Düzcenin Yığılca rayonunda palçığa bataraq yolda qalıb.
Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, meşəlik ərazidə baş verən hadisədən sonra mikroavtobusda olanlarla əlaqə kəsilib.
Əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub. Son GPS məlumatları əsasında aparılan axtarışlar nəticəsində mikroavtobus Düzcenin Yığılca rayonundakı meşəlik ərazidə aşkarlanıb. Məlum olub ki, palçığa batan nəqliyyat vasitəsi hərəkət edə bilmədiyindən sərnişinlər saatlarla köməksiz vəziyyətdə qalıblar.
Xilasetmə qrupları hadisə yerinə çataraq mikroavtobusda olan 10 qızı və onları müşayiət edən digər 3 nəfəri təhlükəsiz şəkildə təxliyə edib. Onların hamısının səhhətinin yaxşı olduğu bildirilib.
Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaşın uşaqların tapıldığı xəbərini aldığı an yaşadığı sevinc kameralara yansıyıb. Sevinc göz yaşlarını saxlamaqda çətinlik çəkən nazir xoş xəbəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da çatdırıb.





Qayda pozan piyadanın vecsizliyi sürücünün diqqətindən yayınmadı - VİDEO
DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı - VİDEO
Fira Cəlilovanın evinə basqın edildi - DİN-dən açıqlama - VİDEO
Xaçmazda quma batan maşını çıxarmağa gələn texnikalar da batdı - VİDEO
Bakıxanovda ağac budaqları sürücüləri əks yola çıxmağa məcbur edir - VİDEO
Biləcəridə aylardır qazılan yol sürücüləri tıxacda gözlədir - VİDEO
Xırdalanda avtobus qazılmış yolda ilişib qaldı - VİDEO
Nərimanovda qırılmış ağac təhlükəli vəziyyət yaratdı - VİDEO
Viski içib maşınla qayınatasıgilə getdi; 7 yaşlı uşağı vurub öldürdü
EGE Hospital baş tutmayan əməliyyata görə 6500 manat aldı - ŞİKAYƏT
Masazır dairəsində sürücülər boş zolaqdan istifadə edib yolu kəsirlər - VİDEO












