Üç dost Bakıda məşhur restoranda yeyib-içib, aradan çıxdılar

Bakıda məşhur restoranda yeyib-içdikdən sonra hesabı ödəmədən qaçan edən şəxslər saxlanılıb.
Avtosfer.az “Qaynarinfo”ya istinadla xəbər verir ki, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən "Atilla" restoranında baş verib.
Belə ki, aprelin 12-dən 13-nə keçən gecə 2003-cü ildə Rusiyanın Kazan şəhərində anadan olmuş T.R. iki dostu ilə birlikdə sözügedən restorana gələrək oradakı kabinetlərdən birində yeyib-içiblər. Daha sonra T.R. hesabı ödəmədən, həmçinin restorana məxsus 180 manat dəyərində səsgücləndiricini gizlincə götürərək oradan qaçıb.
Onunla birlikdə restoranda olan dostları isə baş verənlərdən sonradan xəbərdar olduqlarını bildirərək restorandan xəbərsiz şəkildə ayrılıblar.
Restoran rəhbərliyinin şikayəti əsasında hər üç şəxs saxlanılıb. Onlardan yalnız T.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib olunaraq iş məhkəməyə göndərilib.
Məhkəmədə T.R. özünü təqsirli bildiyini, hadisə zamanı sərxoş olduğunu və səsgücləndiricinin cibində olduğunu unutduğunu qeyd edib. O, 118 manatlıq restoran hesabını ödəmədən 180 manatlıq avadanlığı götürdüyünü və etdiyi əməldən peşman olduğunu bildirib. Həmçinin, səsgücləndiricini geri qaytardığını da əlavə edib.
Məhkəmənin qərarı ilə T.R. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə təqsirli bilinib və ona 160 saat ictimai iş cəzası verilib. O, cəza müddətində elektron qolbaqla nəzarətdə saxlanılacaq.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












