Vətəndaşın kredit kartından 5000 manatdan çox vəsait necə oğurlanıb? - DETALLAR - VİDEO

Vətəndaşın kredit kartından 5000 manatdan artıq pul vəsiti oğurlanıb.
Avtosfer.az-ın xəbərinə görə, İmişli sakini Xəzər Əliyev iddia edir ki, heç kəsə sms və şəxsi məlumatlarını verməsə də, onun kart hesabından xeyli miqdarda vəsait çıxarılıb. Hesabda da əvvəlcə 2000 manat pul olub.
Zərərçəkənin sözlərinə görə, bundan sonra mobil telelfonuna kredit limitinin artırılması ilə bağlı mesaj gəlib və hesab 2000 manatdan 5600 manata qaldırılıb. Yenə də hesabdan məbləğ çıxılıb.
Bu dəfə isə daha çox...
Kiberdələduzluğa məruz qaldığını deyən imişli sakini öncə banka müraciət edib. Bankdan vətəndaşa edə biləcəkləri heçnə olmadığı deyilib. Xəzər Əliyev onu da qeyd edib ki, sözügedən məsələ ilə bağlı ərazi üzrə polis bölməsinə də şikayət edib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirildi ki, vətəndaş üzləşdiyi məsələ ilə bağlı Rayon Polis Şöbəsinə rəsmi qaydada müraciət edib. Daxil olan müraciətlə bağlı araşdırma aparılır.
Ətraflı videomaterialda.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












