Xaçmazda qadın hoteldə öldü

Xaçmazda iki ölüm hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, ölüm hadisəsindən biri Xaçmazda fəaliyyət göstərən hotellərdən birində, digəri isə aptekdə baş verib.
Belə ki, ilkin məlumata görə hoteldə xadimə işləyən qadın anidən yıxılaraq ölüb. Onun ürəktutmasından öldüyü deyilir.
Digər hadisə isə aptekdə qeydə alınıb. Aptekdə işləyən nəvəsinin yanına dərman alamağa gələn Seyidağa Muradovun vəziyyəti anidən pisləşib və ölüb.
Xaçmaz Rayonu "Ulduz" hotelinin adminstratoru Rasim Qədirov məlumatı oxu.az-a təsdiq edib.
O bildirib ki, vəfat edən xadimə 10 ildən çoxdur onların əməkdaşı olub:
"Bu gün səhər həkimə gedib, sonra işə gəlmişdi. Elə ürəyində problemləri var idi. Əməkdaşımız Şəfiqə Ağamirovanın 66 yaşı var idi. Həyat yoldaşı vəfat etmişdi. Hadisə səhər saat 10:00-11:00 radələrində baş verib. Ailə yaxınlarına məlumat verilib".
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ












