Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ

Şəki Ağır Cinayətlər Məhkəməsində adam oğurluğuna cəhddə təqsirləndirilən İntiqam Nəbiyev və onun xalası oğlu Fikrət Quliyevin (hər iki şəxsin ad və soyadları şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Pravda.az-ın məlumatına görə, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə İntiqam Nəbiyev 4 il və Fikrət Quliyev isə 2 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum ediliblər. Fikrət Quliyev məhkəmə zalında həbs olunub.
İttihama görə, hadisə 14 fevral 2024-cü il tarixdə, saat 14:00-da Qəbələ şəhəri ərazisində qeydə alınıb.
Belə ki, İntiqam Nəbiyev evlənmək məqsədilə zərərçəkmiş Sənubər Hacıyevanı (şərti) qaçırmaq qərarına gəlib. O, xalası oğlu Fikrət Quliyevlə birgə Qəbələ Rayon Mərkəzi Xəstəxanasının yaxınlığındakı yolda qızın işə gedərkən qarşısını kəsib. Sonra İntiqam zərərçəkmişi xalası oğlunun idarə etdiyi "Opel Astra" avtomobilinə zor tətbiq etməklə, yəni qucaqlayaraq və qolundan tutub əyləşdirib. Daha sonra Fikrət maşını idarə edərək hadisə yerindən uzaqlaşıb. Lakin ərazidə xidmət aparan və hadisə barədə məlumat alan Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Fikrətin idarə etdiyi maşın saxlanılıb.
Hər iki şəxs cinayət məsuliyyətinə cəlb edilib, İntiqam Nəbiyevin barəsində həbs, Fikrət Quliyevin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Baş Gömrük İdarəsində ƏMƏLİYYAT - Saxlanılanlar var
Keçiddən keçməyən piyada sürücünün iradına görün nə cavab verdi - VİDEO
Bakıda "BYD"dən 120 min dollar oğurlandı; sürücü və tanışı saxlanıldı - VİDEO
Çipsiyə görə 2 yaşlı uşaq əməliyyat olundu
Adanada hündürmərtəbəli binadan yıxlan 14 yaşlı qız sağ qalıb - VİDEO
Məhkəmə “Galendewagen”lə insident törədən sürücünü həbs etdi
Bakıda sürücü sükan arxasında öldü, maşın mağazaya çırpıldı
Magistral yola qəfil çıxan inəklər sürücülərə çətin anlar yaşatdı - VİDEO
Yaxınlaşan avtomobilə məhəl qoymayan piyada təhlükə yaratdı - VİDEO
"8-ci km" bazarında avtomobil yandı - VİDEO - YENİLƏNİB
İki avtomobilin arasına girən moped sürücüsü təhlükəli anlar yaşadı - VİDEO










