Xaqani Hüseynovun maşını özünə qaytarıldı: "Ali Məhkəmənin ədalətinə inanıram"

Dələduzluq yolu ilə maşını ələ keçirilən tanınmış media nümayəndəsi Xaqani Hüseynovun əmlakı nəhayət geri qaytarılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Lent.az-a Xaqani Hüseynovun özü bildirib.
Onun sözlərinə görə, maşının geri qaytarılmasında hüquq-mühafizə orqanlarının böyük rolu olub. "Dələduzluqla üzləşdikdən sonra polisə müraciət etdim. Operativ şəkildə dələduzu tapıb məhkəmə qarşısına çıxardılar. İndi o cəzasını çəkməkdədir. Lakin maşınım geri qayıtmadı. Çünki başqa adama satmışdılar. Bu baxımdan, mülki iddia qaldırdım. Maşının üzərinə həbs qoyuldu. Eyni zamanda Xətai Rayon Məhkəməsi işi ədalətli araşdıraraq, avtomobilin özümə qaytarılması barədə qərar çıxardı. Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxladı", deyə Xaqani Hüseynov bildirib.
O, əlavə edib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarından sonra maşın özünə qaytarılıb. "İndi qarşı tərəf Ali Məhkəməyə müraciət etmək niyyətindədir. Lakin mən birinci və apellyasiya instansiyaları kimi Ali Məhkəmənin də ədalətinə inanıram. Eyni zamanda bildirmək istəyirəm ki, İnam Kərimov Ali Məhkəmənin sədri təyin ediləndən sonra məhkəmələrə inam artıb. Tək mənim işimlə bağlı deyil, tanıdığım xeyli adam var ki, onların da işlərinə ədalətlə baxılıb", deyə Xaqani Hüseynov vurğulayıb.
O sonda hüquq-mühafizə orqanlarına, işinə ədalətlə baxan məhkəmələrə, həmçinin bu məsələni işıqlandıran media qurumlarına təşəkkür etdiyini bildirib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












