Xəstələrə əzab verənlər barədə qərar verildi

Novxanıda yerləşən "New Life" reabilitasiya mərkəzinin xəstələrə əzab verməkdə təqsirləndirilən əməkdaşlarının kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayəti üzrə qərar qəbul olunub.
Qərara əsasən, təqsirləndirilən şəxslərdən yalnız Elvüsal Hüseynovun şikayəti qismən təmin olunub (mülki iddia hissəsi). Birinci instansiya məhkəməsinin onun mənzilinə qoyduğu həbs və müsadirəyə dair hökmü ləğv edilib.
Qeyd edək ki, Novxanı qəsəbəsində fəaliyyət göstərən "New Life" Reabilitasiya Mərkəzinin rəhbəri O.Əliheydərov, digər əməkdaşları-E. Hüseynov, F. Rzayev, S.Əliyev və Q. Həsənov pasiyentlərə işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunublar. İddiaya görə, işgəncə nəticəsində pasiyent Hüseyn Məmmədov ölüb.
Zərərçəkmişlərə münasibətdə suda boğma, yüksəklikdən asma, bağlı qapı arxasında saxlama kimi işgəncə növlərindən istifadə edilib.
Dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 133 (əzab vermə), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndiriliblər. E.Hüseynov, O.Əliheydərov və F. Rzayeva həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə də ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Famil Rzayev səkkiz il, Orucəli Əliheydərov və Elvüsal Hüseynov yeddi il, Qənbər Həsənov altı il altı ay, Sərxan Əliyev isə altı il müddətinə azadlıqdan məhrum ediliblər.
Bundan başqa, dəymiş ziyana görə O.Əliheydərovun şəxsi avtomobili, E.Hüseynovun yaşadığı evin ona düşən hissəsi müsadirə olunub.
Prospektdə motosiklet sürücüsü son anda qəzadan xilas oldu - VİDEO
Rusiyadan gələn yük avtomobili yandı - VİDEO
Səkkiz avtomobil götürdü, sonra ŞOK YAŞADI: Hər maşına dörd min manat cərimə - VİDEO
Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: "Nə maşın var, nə də pul" - VİDEO
Tümen–Bakı reysi ilə uçan təyyarə məcburi eniş ETDİ
Ağdaşda VAZ su kanalına düşdü
Bakıda müğənnini küçədə DÖYDÜLƏR - FOTO
Azərbaycanda ZƏLZƏLƏ OLUB
Taksi sürücüsü uşaqlı sərnişini yarı yolda düşürdü - VİDEO
“Zavodda görüşdük, sonra malı göndərmədilər” – VƏTƏNDAŞDAN ŞİKAYƏT - FOTO
Qohumlarının aldığı arvaddan imtina etdi, məhkəməlik oldu - Azərbaycanda QƏRİBƏ HADİSƏ










