Xəzərin Bakı sahillərində balıqların kütləvi ölümü: SƏBƏB AÇIQLANDI - VİDEO - YENİLƏNİB

"Xəzər dənizinin Hövsan və Türkan sahillərində balıqların kütləvi ölümü suda həll olmuş oksigenin miqdarının qeyri-optimal səviyyəyədək azalması ilə bağlıdır".
Avtosfer.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
O qeyd edib ki, xidmətin və nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib, sudan və tələf olmuş balıqlardan nümunələr götürülüb.
"Balıq nümunələri üzərində aparılan analizlər zamanı infeksion xəstəliklərin törədiciləri, zəhərlənmə halları və kənar fiziki təzyiqlər aşkar edilməyib".
Xidmət rəisinin sözlərinə görə, su nümunələrinin analizi zamanı müəyyən edilib ki, suyun temperaturunun yüksək olması nəticəsində suda həll olmuş oksigenin miqdarı qeyri-optimal səviyyəyədək (2.2-2.5 mq/litr (norma-6 mq/litr) azalıb və bu səbəbdən balıqlar tələf olub.
***
Xəzər dənizinin Azərbaycan sahillərində kütləvi halda ölü balıqlar görünüb. Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Hövsan və Türkan qəsəbələrində çəkildiyi iddia olunan kadrlarda çoxlu sayda ölü balıq görünür. Hadisənin səbəbləri məlum deyil.
Avtosfer.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, balıqların ölüm səbəbinin müəyyən edilməsi üçün Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib.
"Sudan və balıqlardan nümunələr götürülüb. Aparılacaq analizlərin nəticəsi əldə edildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək", - açıqlamada vurğulanır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ekoloq Rövşən Abbasovun sözlərinə görə, ilin bu zamanlarında sahillərdə, xüsusilə dayaz ərazilərdə suyun temperaturunun qızması nəticəsində şaquli sirkulyasiyanı qısalır:
"Bu halda oksigen suda daha çox qala bilmir və ayrılır. Bu da balıqların yaşam mühitinə ciddi təsir göstərir. Xəzər dənizinin səviyyəsi son illər sürətlə enir. Bu cür ərazilər artmaqdadır. Balıqların ölümləri bununla bağlıdır".
(oxu.az)
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ












