Yasamalda qəribə olay: Qadın geyimində yolda qışqırdı - Həbs edildi

Paytaxtın Yasamal rayonu ərazisində ictimai asayişi pozan şəxs həbs edilib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl gecə saat 02 radələrində Moskva prospektində qadın geyimində olan kişinin yolun hərəkət hissəsinə çıxaraq avtomobillərin hərəkətinə mane olması, ucadan səs-küy salması müəyyən edilib.
Ərazidəki polis əməkdaşlarının tələbinə tabe olmayan həmin şəxs sərxoş halda müqavimət göstərib. Daha sonra saxlanılaraq Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə aparılan şəxsin 1976-cı il təvəllüdlü S.M. olması müəyyən edilib. Ekspertiza onun sərxoş olduğu barədə rəy verib.
Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda quliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə S.M-a 8 sutka həbs cəzası verilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












