Yasdan qayıdanlar "Niva" ilə selə düşdü; 3 nəfər xilas edildi - FOTO

İsmayıllı rayonunun Zərnava kəndindəki yas mərasimindən qayıdan 3 nəfər “Niva” markalı avtomobillə Girdiman çayını keçmək istəyərkən çətinliklə üzləşib.
Avtosfer.az xəbər verir ki, çaya qəfil gələn güclü sel səbəbindən avtomobil çayın ortasında köməksiz vəziyyətdə qalıb. Hadisə ilə bağlı gecə saat 01:57-də İsmayıllı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə və FHN-in “101” Çağrı Xidmətinə müraciət daxil olub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 10 nəfərdən ibarət xilasedici qrupu cəlb edilib. Xilasedicilər ağır texnika və xüsusi avadanlıqlardan istifadə edərək Girdiman çayında köməksiz qalan şəxsləri təhlükəsiz əraziyə təxliyə ediblər.
Xilas olunan şəxslər:
Hüseynov Gümşüd Mərdan oğlu
Rüstəmov Ehtiram Sadıq oğlu (1968-ci il təvəllüdlü)
Əzimov Simran Eynulla oğlu (1985-ci il təvəllüdlü)
Məlumata görə, İsmayıllı rayon sakinləri olan bu şəxslər Zərnava kəndində keçirilən hüzr mərasimindən geri dönürlərmiş.


Şamaxıda sərnişin avtobusu çayın ortasında qaldı - VİDEO
Səhər mən duranda bu xəbər olmasın - VİDEO
Alovlar içində qalan maşını avtoyuma məntəqəsinə çatdırdı - Cəlilabadda yanğın - VİDEO
“Toyota” təhlükəsiz mobillik mövzusunda konfrans təşkil edir - RƏSMİ
Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi
Gömrükdə böyük narkotik əməliyyatı; 110 kiloqramdan çox marixuana aşkarlandı - VİDEO
Bakıya dolu yağdı; “Bravo”nun qarşısındakı maşınlar bu vəziyyətə düşdü - VİDEO
Sürücüdən sərnişinə qarşı kobud rəftar - "Uşağını çıxarma çölə" - VİDEO
Güclü doluya görə "AF Mall"ın üzlüyü qopub qadının ÜSTÜNƏ DÜŞDÜ - VİDEO
Bulvarda qıza qarşı iyrənc hərəkətlər edən şəxs həbs olundu – VİDEO
Bakıda yağan güclü yağış bəzi küçələrdə problem yaratdı - VİDEO








