Mənzil aldı, 22 kvadratmetr itirdi: Xırdalan sakini şirkətdən şikayətçidir - VİDEO

Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 313 ünvanında yaşayan sakin tikinti şirkəti tərəfindən aldadıldığını bildirir. Avtosfer.az xəbər verir ki, Baku TV-nin qaynar xəttinə müraciət edən şəxs yaşadığı mənzillə bağlı iddialar səsləndirib. Şikayətçinin sözlərinə görə, illər əvvəl "SAS EkoPark" şirkətindən 118.6 kvadratmetr sahəsi olan mənzil alıb. Lakin sonradan məlum olub ki, mənzilin real sahəsi 96.1 kvadratmetrdir. Vətəndaş məsələ ilə bağlı məhkəməyə müraciət etdiyini və qalib gəldiyini deyir. Onun sözlərinə görə, bundan sonra şirkət tərəfindən müxtəlif təzyiqlərlə üzləşib: evinə qanunsuz şəkildə müdaxilə edilir, həmçinin işıq və su təchizatında fasilələr yaranır. "Binaya zərər vurmaqla bağlı əsassız iddialar irəli sürüb məni hədələyirlər. Təkcə mənim yox, qardaşımın da mənzilində kvadratmetr problemi var. Bu problem demək olar ki, bütün binada mövcuddur. İnsanları aldadaraq bu işlərlə məşğul olurlar", - deyə o qeyd edib. Məsələ ilə bağlı şirkət əməkdaşı bildirib ki, binanın sütunlarına ziyan vurulub, həmçinin mənzilə avadanlıqlar quraşdırılarkən aşağı mərtəbəyə də zərər dəyib.
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO












