Yoxa çıxmış qız sağ tapıldı - 32 il sonra - FOTO

1994-cü ildə ABŞ-də 13 yaşında olarkən yoxa çıxan Arizona ştatı sakini Kristina Mari Plant 32 il sonra sağ tapılıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Star" nəşri xəbər yayıb. Nəşr bildirir ki, qızın itkin düşdüyü vaxt yerli hüquq-mühafizə orqanları, könüllülər və regional resursların iştirakı ilə genişmiqyaslı axtarış işləri aparılıb. Ərazidə həyata keçirilən hərtərəfli tədbirlərə, dindirmələrə və istintaq hərəkətlərinə baxmayaraq, uzun müddət heç bir nəticə əldə etmək mümkün olmayıb.


Kristina Mari Plant 16 may 1994-cü ildə Feniksdən şimal-şərqdə yerləşən kiçik Star-Velli rayonundan yoxa çıxıb. O, sonuncu dəfə atının saxlandığı tövləyə doğru gedərkən görülüb. Qız barədə məlumatların uşaq axtarışı üzrə milli məlumat bazalarına daxil edilməsinə və fotoşəkillərinin olduğu plakatların bütün ştata yayılmasına baxmayaraq məsələ açılmamış qalıb.
Şerif xidmətindən bildirilib ki, işin istintaqında dönüş nöqtəsi müasir texnologiyaların və yeni araşdırma üsullarının tətbiqi sayəsində mümkün olub. Hazırda Kristina Mari Plantın itəndən sonrakı taleyi və keçən illər ərzində harada olduğu ilə bağlı detallar məxfilik səbəbindən açıqlanmır.
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO












