Zaqatalada doğuş zamanı körpə öldü

Zaqatalada doğuş zamanı körpə ölümü baş verib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) baş verib.
Rayonun Muxax kənd sakini 33 yaşlı Günei Kamil qızı Əliyeva bu gün səhər saat 08 radələrində doğuş sancıları ilə Zaqatala RMX-nın doğum şöbəsinə müraciət edib. G. Əliyevanın ailə üzvlərinin verdiyi məlumata görə, G. Əliyeva xəstəxanaya daxil olduğu zaman həkimlər tərəfindən təcili qeysəriyə əməliyyatı aparılması haqqında qərar qəbul olunub.
Zaqatala RMX-nın mama ginekoloqları Rəna Sultanova və Mehriban Hüseynova həkimlər tərəfindən qeysəriyə əməliyyatı aparılıb. Əməliyyat zamanı yeni dünyaya gələn oğlan uşağı ölüb. Ailə üzvlərinin sözlərinə görə, son müayinələr zamanı körpənin ana bətnində normal olması bərədə məlumat verib.
Yeni doğulan körpənin ölümümün dəqiq səbəbini öyrənmək məqsədi ilə meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












