Çində zədəli körpünü 43 saata düzəltdilər: Azərbaycanda isə 43 gündür iş gedir - VİDEO

Çində cəmi 43 saat ərzində altızolaqlı avtomobil körpüsünün sökülərək yenidən istismara verilməsi illər əvvəl dünya mətbuatının diqqət mərkəzinə çevrilmişdi.
Avtosfer.az xəbər verir ki, 2015-ci ildə Pekində həyata keçirilən layihə zamanı şəhərin əsas nəqliyyat qovşaqlarından birində yerləşən altızolaqlı körpü cəmi 43 saat ərzində sökülərək yenidən quraşdırılmış və nəqliyyatın istifadəsinə verilmişdi. İşlər paralel şəkildə təşkil edilmişdi. Bir tərəfdən köhnə konstruksiya sökülür, digər tərəfdən isə əvvəlcədən hazırlanmış, təxminən 1300 ton ağırlığında yeni körpü hissəsi quraşdırılırdı. Daha sonra yol nişanlanması aparılmış və hərəkət bərpa edilmişdi.
Həmin dövrdə dünya mediası bu layihəni müasir mühəndisliyin uğurlu nümunələrindən biri kimi təqdim etmişdi. Çünki bu miqyasda körpü layihələrinin adətən bir neçə ay davam etdiyi bildirilirdi. Sözügedən körpü Pekinin Üçüncü Dairəvi Yolunu hava limanına gedən magistralla birləşdirdiyindən, nəqliyyatın uzun müddət dayandırılması mümkün hesab edilməmişdi.
Bu gün isə oxşar mövzu Azərbaycanda müzakirə olunur. Qobustanda çökmüş körpünün bərpası istiqamətində işlər davam etsə də, hadisədən artıq 43 gün keçməsinə baxmayaraq, körpü hələ də tam istifadəyə verilməyib. Bu müddətdə ərazidə yolun bağlanması, hərəkətin istiqamətinin dəyişdirilməsi və tikinti işlərinin müxtəlif mərhələləri sürücülər üçün müəyyən çətinliklər yaradıb.
Nəqliyyat infrastrukturu üzrə iri layihələrin icra müddəti ölkələrin texniki imkanları, layihənin mürəkkəbliyi, təhlükəsizlik tələbləri, maliyyələşmə və təşkilati yanaşmalardan asılı olaraq dəyişsə də, Çində 43 saata başa çatdırılan körpü layihəsi ilə Azərbaycanda 43 gündür davam edən bərpa işlərinin müqayisəsi sosial şəbəkələrdə və ictimai müzakirələrdə diqqət çəkən mövzulardan birinə çevrilib. Bu müqayisə, xüsusilə strateji yol infrastrukturu obyektlərində işlərin planlaşdırılması və icra sürəti ilə bağlı sualları yenidən gündəmə gətirir.
Qeyd edək ki, bu üsul Çində hələ 2015-ci ildə tətbiq olunub və körpünün sökülərək yenidən quraşdırılması cəmi 43 saata başa çatdırılıb. Aradan 11 ilə yaxın vaxt keçdiyini nəzərə alsaq, ehtimal etmək olar ki, çinli mühəndislər bu prosesi təxminən 23 saat ərzində başa çatdıra bilirlər. Azərbaycanda isə oxşar proseslərin tamamlanması, adətən, aylarla davam edir.
Eltac Zülfüqaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












