Hər gün ət yemək ömrü uzadır? - Alimlərdən diqqətçəkən araşdırma

Çin tədqiqatçıları müəyyən ediblər ki, hər gün ət yemək çəkisi normadan az olan qadınların 100 yaşa qədər yaşama ehtimalını 44 faiz artırır.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Mk.ru" məlumat yayıb.
Bununla yanaşı, balıq, yumurta və ya süd məhsulları istehlak edən bəzi vegetarianlar da ətyeyənlər qədər yüz yaşa çatıblar.
Bu fakt göstərir ki, əsas məsələ birbaşa ət deyil, kifayət qədər zülal və kalori qəbuludur. Alimlər insanları balanslaşdırılmış qidalanmaya çağırır, lakin bütün yaş qrupları üçün universal qaydaların olmadığını da vurğulayırlar.
Qeyd olunur ki, insanlar əvvəlki dövrlərlə müqayisədə daha uzun yaşayırlar. Alimlərin proqnozlarına əsasən, 2050-ci ilə qədər 80 yaşdan yuxarı insanların sayı təxminən yarım milyarda çatacaq. Ömrün uzanması qismən qidalanmanın yaxşılaşması ilə əlaqələndirilsə də, yaşlılıq dövründə hansı qidaların daha uzun və sağlam həyat təmin edəcəyini mütəxəssislər hələ də araşdırırlar.
Çində 80 və daha yuxarı yaşda olan 5 mindən çox insan arasında aparılan araşdırma göstərib ki, rasionunda ət olan qadınların 100 yaşa çatma ehtimalı vegetarianlardan daha yüksəkdir.
Tədqiqatçılar məlumatları cinsə görə təhlil etdikdə kişilər arasında uzunömürlülük və vegetarianlıq arasında ciddi əlaqə aşkar etməyiblər.
Araşdırmalar pəhriz seçiminin uzunömürlülüyün əsas səbəblərindən biri ola biləcəyi fikrini dəstəkləyir.
Bəzi hesablamalara görə, 90 yaşa çatmağın 70 faizi sağlam həyat tərzi ilə bağlıdır. Digər məlumatlar isə yaşlı insanların mövcud tövsiyələrdən daha çox zülala ehtiyac duyduğunu göstərir. Bununla belə, qidalanma çox mürəkkəb tədqiqat sahəsidir və sağlamlıq nəticələrinə çoxsaylı sosial, ekoloji və fərdi amillər təsir göstərə bilər.
Avtomobilinə başqa nömrə taxan sürücü 17 min manat cərimələndi - FOTO
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib - FOTOSESSİYA
Tanınmış istehsalçı elektrikə kəskin keçiddən imtina etdi
Bakı tıxacına görə qonşuları arasında neçənci yerdədir? – STATİSTİKA
Məktəb avtobuslarında şagirdləri qoruyan sistem: Avtomobillər dayanır – VİDEO
Azərbaycanda yol tikintisində müasir texnologiyalar necə TƏTBİQ OLUNUR?
Bu düymə yanacaq sərfiyyatına təsir edə bilər – ARAŞDIRMA
Siqaretə görə küsən sərnişin, ayağı havada gedən KAMAZ sürücüsü
Bu avtomobillərdə sükan problemi aşkarlanıb: Kütləvi geri çağırma BAŞLANILDI
Avtomobil sürmə təlimində yaş məhdudiyyəti neçədir? – AÇIQLAMA - VİDEO
Bu saatın xətası 300 milyard ildə 1 saniyədir - FOTO












