Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi

Çin M və N sinifli avtomobillərdə istifadə olunan 3-cü və 4-cü səviyyə avtonom sürüş sistemləri ilə bağlı ilk məcburi milli təhlükəsizlik standartlarını yayımlayıb.
Avtosfer.az xəbər verir ki, yeni tənzimləmə avtonom idarəetmə sistemlərinin hazırlanmasından satışdan sonrakı istifadəsinə qədər bütün həyat dövrünü əhatə edir.
Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin (MIIT) açıqladığı standartlarda istehsalçıların avtomobillərin dizaynı, proqram təminatının hazırlanması, istehsalı və satışdan sonrakı xidmətləri də daxil olmaqla bütün mərhələlərdə təhlükəsizliyin idarə olunması sistemini formalaşdırması tələb olunur.
Yeni qaydalar çərçivəsində şirkətlərdən avtonom sürüş sistemləri ilə bağlı geniş risklərin idarə edilməsi mexanizmi yaratmaq da tələb edilir. Avtonom funksiyaların istifadəyə verilməsindən əvvəl sistemlərin simulyasiya, qapalı trek və real yol şəraitində sınaqlardan keçirilməsi məcburi olacaq.
Standartlarda sürücünün avtomobilin idarəetməsini yenidən üzərinə götürməyə hazır olub-olmadığının da fasiləsiz izlənilməsi nəzərdə tutulur. Bu tələb xüsusilə 3-cü səviyyə avtonom sürüş sistemlərində sürücünün diqqətinin yayınması və zəruri anda idarəetməyə müdaxilə edə bilməməsi risklərinin azaldılmasına yönəlib.
Qeyd olunur ki, yeni təhlükəsizlik standartları avtonom sürüş texnologiyalarının yalnız hazırlanma mərhələsini deyil, onların istehsalı, istifadəyə verilməsi və sonrakı istismar proseslərini də əhatə edir. Bununla belə, avtomatik parklanma sistemləri yeni tənzimləmənin əhatə dairəsinə daxil edilməyib.
Çində qəbul edilən yeni standartlar 1 iyul 2027-ci ildən qüvvəyə minəcək. Tənzimləmənin məqsədi daha yüksək səviyyəli avtonom sürüş texnologiyalarının tətbiqi zamanı təhlükəsizlik tələblərini vahid çərçivədə müəyyənləşdirməkdir.
Eltac Zülfüqaroğlu
Müğəninin 10 milyonluq əməliyyatdan sonra YENİ GÖRÜNÜŞÜ gündəm oldu - FOTO
Bakıda magistralla qaçan cins atlar kimindir? - VİDEO
Azərbaycanda 8 gün iş olmayacaq - TARİXLƏR
Bakıda kirayə mənzil tapmaq İMKANSIZLAŞIR – Yay aylarında qiymətlər niyə ucuzlaşmır? - VİDEO
Yol tikintisində milyonluq korrupsiya və ya sosiskanın uzunluğu
Məlumatsız informasiya mərkəzi
Avtomobildə kondisioneri nə vaxt işə salmaq olmaz? – ARAŞDIRMA
Bu ölkədə yeni sürücülərə güclü mühərrikli avtomobillər qadağan ediləcək – RƏSMİ
Çin avtomobili sərhədi keçən kimi özünü blokladı – Maraqlı HADİSƏ
Avtomatik ötürücülü avtomobillərdə "B" rejimi nə işə yarayır? – ARAŞDIRMA
Ronaldonun 30 milyonluq “oyuncaq”ları... - FOTOLAR










