Birtərəfli yolda avtomobilin qarşısına keçmək istəyən yaşlı sürücü TƏNQİD OLUNDU - VİDEO

Bir vətəndaş birtərəfli yolda hərəkətdə olarkən yaşlı sürücünün qarşısına keçməyə çalışdığını bildirib.
Avtosfer.az xəbər verir ki, vətəndaş hadisə ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. O qeyd edib ki, belə hallarla bir neçə dəfə qarşılaşıb və bəzi sürücülərin yolda növbəni gözləmədən, riskli manevrlərlə digər avtomobillərin qarşısına keçməsi narahatlıq doğurur.
Müəllif bildirib ki, xüsusilə yaşlı sürücünün birtərəfli yolda onun qarşısına keçməyə çalışması diqqətini çəkib. Onun sözlərinə görə, bu cür davranış həm qəza riski yaradır, həm də digər sürücülərin hərəkətinə mane olur.
Vətəndaş sürücüləri yolda daha səbirli və diqqətli olmağa çağırıb. O vurğulayıb ki, bir neçə dəqiqə tez mənzilə çatmaq naminə riskli manevrlər etmək düzgün deyil.
“Xətti tapdalayıb qarşıya keçmək, risk yaradıb başqasının qarşısına çıxmaq nəyi dəyişir? Evə iki dəqiqə tez çatmaq üçün buna dəyərmi? Yolda mədəniyyət göstərmək zəiflik deyil. Əksinə, özünə və qarşındakına hörmətdir”, – deyə vətəndaş qeyd edib.
O, sürücülük mədəniyyətinin cəmiyyətin ümumi davranış göstəricilərindən biri olduğunu vurğulayaraq hər kəsi yol hərəkəti qaydalarına əməl etməyə və digər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa çağırıb.
Eltac Zülfüqaroğlu
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO












