Bakıda sürücülər qəzalardan yayınmaq üçün nəyə hazır olmalıdır? – Mütəxəssis AÇIQLADI – VİDEO

Öyrənək 10 Avqust 2026 09:30
Bakıda sürücülər qəzalardan yayınmaq üçün nəyə hazır olmalıdır? – Mütəxəssis AÇIQLADI – VİDEO
WhatsApp kanalımıza abunə olun

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov “Avto FM”in efirində çıxışı zamanı Bakıda təhlükəsiz avtomobil idarə etmək üçün sürücülərin yalnız yol hərəkəti qaydalarını bilməsinin kifayət etmədiyini bildirib.

Avtosfer.az xəbəbr verir ki, mütəxəssis qeyd edib ki, sürücünün yola çıxmazdan əvvəl nəzəri, psixoloji və texniki hazırlığı olmalıdır:

“Yola ciddi nəzəri hazırlıq, ciddi psixoloji hazırlıq və ciddi texniki hazırlıq lazımdır. Avtomobili idarə etməyi, onun imkanlarını və davranışını yaxşı bilmək vacibdir.

Bakıda maşın sürmək üçün adi sürücü yox, xüsusi təyinatlı sürücü olmaq lazımdır. Burada yalnız yol hərəkəti qaydalarını bilmək kifayət etmir. Əlbəttə, hər şey qaydalardan başlayır və qaydalara riayət etmək çox vacibdir. Lakin yalnız qaydalara əməl etməklə bütün qəzalardan qaçmaq mümkün deyil”.

Aqil Rəhimovun sözlərinə görə, sürücü yolda baş verə biləcək təhlükələri əvvəlcədən görməyi və digər hərəkət iştirakçılarının davranışlarını proqnozlaşdırmağı bacarmalıdır:

“Qarşındakı sürücünün səhv edəcəyini əvvəlcədən görə bilməsən, yalnız qaydalara güvənməklə qəzadan qaça bilməyəcəksən. Kimsə gəlib səni vura bilər. Buna görə də özünüqoruma hissi, diqqət, təhlükəni əvvəlcədən müəyyənləşdirmək bacarığı və avtomobili yüksək səviyyədə idarə etmək qabiliyyəti formalaşdırılmalıdır.

35 ildir sükan arxasındayam və bunu dəfələrlə təkrar edirəm sadəcə qaydaları bilmək kifayət deyil. Özünüqoruma hissi, diqqət və avtomobili virtuoz şəkildə idarə etmək bacarığı lazımdır.

Təhlükəsiz sürücülük yalnız qaydaların əzbərlənməsi ilə deyil, real yol şəraitində düzgün qərar vermək, riskləri əvvəlcədən qiymətləndirmək və qəza vəziyyətlərindən yayınmaq bacarığı ilə formalaşır”.

Eltac Zülfüqaroğlu

Oxunub : 274
ŞƏRH YAZ
Ad

E-mail

Şərh