Qəza şəraiti yaradan sürücü hələ “dərs” də keçdi: “Soldan ötmək olmaz” - VİDEO

Paytaxtın Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yol hərəkəti qaydalarını pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 10-da saat 09:35 radələrində qeydə alınıb. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan, 77-UB-853 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü manevr qaydalarını pozaraq hərəkətdə olduğu zolaqdan qəfil sola istiqamətlənib. Nəticədə həmin zolaqda hərəkət edən motosikletçinin hərəkət trayektoriyasını kəsib və qəza şəraiti yaradıb.
Görüntülərdən məlum olur ki, təhlükə ilə üzləşən motosikletçi siqnal verərək sürücünü xəbərdar edib. Bundan sonra tərəflər arasında qısa dialoq yaşanıb. Motosikletçi öz zolağı ilə hərəkət etdiyini bildirsə də, avtomobilin sürücüsü “Heç vaxt soldan ötmək olmaz” deyərək baş verən hadisəyə bu arqumentlə izah verməyə çalışıb.
Qeyd edək ki, təqdim olunan görüntülərdən motosikletçinin ötmə deyil, öz hərəkət zolağı ilə irəlilədiyi, avtomobil sürücüsünün isə zolaq dəyişməzdən əvvəl yol vəziyyətini düzgün qiymətləndirmədiyi görünür.
Xatırladaq ki, qanunvericiliyə əsasən, sürücü zolaq dəyişməzdən və ya hər hansı manevr etməzdən əvvəl bu hərəkətin digər hərəkət iştirakçılarına maneə və ya təhlükə yaratmayacağına əmin olmalıdır. Əks halda, belə manevrlər yol-nəqliyyat hadisəsinin baş verməsi üçün real risk yaradır və sürücünün məsuliyyətinə səbəb olur.
Nərmin
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO
Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO
Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? - Son görüntülər - VİDEO












