166 Yükdaşıma və Logistika şirkəti məzunları işlə təmin etdi

166 Yükdaşıma və Logistika şirkətinin “166 Logistika Akademiyası – 2020” təcrübə proqramını uğurla tamamlayan 29 gənc məzun şirkətdə karyera imkanı əldə etdi. Artıq 2 ildir ki, 166 Yükdaşıma və Logistika şirkəti həyata keçirdiyi təcrübə proqramını uğurla tamamlamış iştirakçıları işə qəbul edir. Hal-hazırda şirkətdə ötən dövr ərzində təcrübə proqramlarını uğurla bitirərək işlə təmin olunmuş 43 nəfər əməkdaş fəaliyyət göstərir. Onlar şirkətin əsas departamentlərində yer alaraq logistika və nəqliyyat, satış, marketinq və biznesin inkişafı, maliyyə, mühasibatlıq, insan resursları və digər sahələrdə çalışırlar. Hətta bir sıra əməkdaşlar müxtəlif şöbələrə aparıcı vəzifələrə də təyin olunub.
Şirkətin insan resursları siyasətinə əsasən 2019-cu ildən etibarən başlanılan “166 Logistika Akademiyası” yay təcrübə proqramını növbəti illərdə də davam etdirməyi planlaşdırır. 2021-ci ildə nəzərdə tutulan “166 Logistika Akademiyası” yay təcrübə proqramı haqqında məlumatı gələcək aylarda kütləvi informasiya vasitələrindən və hr.166.az saytından əldə etmək olar.
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ













