17 nömrəli avtobusun hərəkət istiqamətindəki dəyişiklik narazılığa SƏBƏB OLDU

Bakı şəhəri, Faiq Yusibov küçəsi, Keşlə bazarına 17 nömrəli marşrut avtobusunun gəlməməsi sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, sakinlər avtobusa minmək üçün 20 dəqiqə piyada yol qət etməlidirlər.
Sakinlərin sözlərinə görə, sürücülər görülən işlər yekunlaşana qədər sözügedən əraziyə girməyəcəklər:
"Tikinti işi görülsə də, yol açıqdır, digər avtomobillər bu ərazidən keçir. Amma avtobus gəlmir. Tikintinin 2 il vaxt alacağı deyilir, biz indi bu iki ildə piyada hər gün 20 dəqiqə yol getməliyik ki, avtobusa minə bilək? Bu hal bizə çətinlik törədir".
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, ərazidə aparılan tikinti işi avtobusun hərəkətinə çətinlik yaradır:
"Sözügedən ərazidə tikinti işləri davam etdirilir. Avtobusların qabarit ölçüləri nəzərə alınmaqla hərəkət və manevr etməsində çətinlik yaranır. Eyni zamanda, yolun müəyyən hissələrində asfalt örtüyündə olan çökmələr avtobusların zədələnməsinə səbəb ola bilər. İctimai nəqliyyatın təhlükəsiz hərəkəti və sıxlıqda qalmaması üçün sözügedən ərazidən hərəkəti məqsədəuyğun deyil".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












