20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 20 şəhərlərarası və şəhərətrafı müntəzəm avtobus marşrutunu müsabiqəyə çıxarır.
Bu barədə Avtosfer.az-a AYNA-dan məlumat verilib.
Məlumata əsasən, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Sınıq Körpü, Bakı-Zaqatala, Bakı-Ağcabədi, Bakı-Naftalan, Sumqayıt-Quba, Şəki-Oğuz, Lənkəran-Sumqayıt, Gəncə-Qazax, Qazax-Gəncə, Bakı-Xankəndi-Laçın, Qurbanzadə kəndi (Goranboy)-Gəncə (Avtovağzal), Qaramusalı kəndi (Goranboy)-Gəncə (Avtovağzal), Qapanlı kəndi (Şəmkir)-Gəncə (Avtovağzal), Yalqışlaq kəndi (Göygöl)-Gəncə (Bağbanlar küçəsi), Qırıqlı kəndi (Göygöl)-Gəncə (Avtovağzal), Ağlavaşlı kəndi (Şəmkir)-Gəncə (Dəmiryol vağzalı), Ziyadlı kəndi (Samux)-Gəncə (Dəmiryol vağzalı), Qaradağlı kəndi (Goranboy)-Gəncə (Avtovağzal), Hacıalı kəndi (Samux)-Gəncə (Dəmiryol vağzalı), Bakı şəhəri 157 nömrəli şəhərətrafı marşrut (Sulutəpə qəsəbəsi) - Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) şəhərlərarası və şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarılır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 09 avqust saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Sınıq Körpü, Bakı-Zaqatala, Bakı-Ağcabədi, Bakı-Naftalan, Sumqayıt-Quba istiqamətlərində 6 Lot üzrə avqustun 26-da;
Şəki-Oğuz, Lənkəran-Sumqayıt, Gəncə-Qazax, Qazax-Gəncə, Bakı-Xankəndi-Laçın istiqamətlərində 7 Lot üzrə avqustun 29-da;
Qurbanzadə kəndi (Goranboy)-Gəncə (Avtovağzal), Qaramusalı kəndi (Goranboy)-Gəncə (Avtovağzal), Qapanlı kəndi (Şəmkir)-Gəncə (Avtovağzal), Yalqışlaq kəndi (Göygöl)-Gəncə (Bağbanlar küçəsi), Qırıqlı kəndi (Göygöl)-Gəncə (Avtovağzal) istiqamətlərində 5 Lot üzrə sentyabrın 2-də;
Ağlavaşlı kəndi (Şəmkir)-Gəncə (Dəmiryol vağzalı), Ziyadlı kəndi (Samux)-Gəncə (Dəmiryol vağzalı), Qaradağlı kəndi (Goranboy)-Gəncə (Avtovağzal), Hacıalı kəndi (Samux)-Gəncə (Dəmiryol vağzalı), Bakı şəhəri 157 nömrəli şəhərətrafı marşrut (Sulutəpə qəsəbəsi)-Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətlərində 5 Lot üzrə sentyabrın 5-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərətrafı marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












