4 istiqamət üzrə şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı – Astara – Bakı, Bakı – Lənkəran – Bakı, Astara – Bakı – Astara və Lənkəran – Bakı – Lənkəran şəhərlərarası müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil edilir.
Müsabiqə şərtlərinə əsasən, Bakı – Astara – Bakı, Bakı – Lənkəran – Bakı və Lənkəran – Bakı – Lənkəran istiqaməti üzrə daşıyıcıların hərəsinin ən azı 2, Astara – Bakı – Astara istiqaməti üzrə isə daşıyıcıların ən azı 3 kiçik, orta və böyük tutumlu avtobusu olmalıdır.
İddiaçılar müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri oktyabrın 27-si saat 17:00-dək, müsabiqə təklifləri toplusunu isə noyabrın 10-u saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq. İddiaçıların təklifləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati binasında Bakı – Astara – Bakı və Astara – Bakı – Astara istiqamətlərində ilk 5 Lot üzrə noyabrın 24-ü, Bakı – Lənkəran – Bakı və Lənkəran – Bakı – Lənkəran istiqamətlərində 4 Lot üzrə noyabrın 25-i müsabiqə keçirilən zaman komissiya tərəfindən açılacaq. İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər.
Qeyd edək ki, şəhərlərarası marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












