61 yaşlı naxçıvanlı maşinist Bakıya gələcəyi günü gözləyir - VİDEO

Qarabağ artıq Azərbaycanındır. Azərbaycan ordusunun qazandığı qələbədən sonra bütün diqqət yenidən Azərbaycan-Naxçıvan arasında dəmiryol xəttinin nə zaman fəaliyyətə başlayacağındadır.
Bunu hər kəsdən çox gözləyən isə 42 ilə yaxındır Culfa Lokomotiv deposunda çalışan 61 yaşlı naxçıvanlı maşinist Abuzər Tahir Rızaoğludur.
42 ildir həyatını işinə həsr edən Abuzər bəy deyir ki, bu qatarla o, ömrünün ən gözəl illərini yola salıb. Culfa Lokomotiv deposundan stansiyaya çıxan Abuzər bəyin sözlərinə görə, illərdir bir tərəfində kəndlər, bir tərəfində Araz çayının mənzərəsi insanı valeh edir:
“Gecəmiz-gündümüz olmur. Gecə saat 02:00-da da işə çağırsalar, gəlirdik”.
O deyir ki, 1991-ci ildə ermənilərin yolu bağlaması onlar üçün çox çətinlik yaradıb.
Onun sözlərinə görə, Azərbaycan-Naxçıvan arasında dəmiryol açılsa, ilk olaraq özü gedəcək.
Həmin videonu təqdim edirik:
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












