63 gün sonra şəhid xəbəri gələn Məhəmmədəli

İtkin düşmüş hesab olunan daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.
Qafqazinfo-nun məlumatına görə, söhbət İbrahimli Məhəmmədəli Mütəllim oğlundan gedir.
1996-cı il təvəllüdlü İ.Məhəmmədəli Vətən müharibəsində əsgər kimi iştirak edib. O, oktyabrın 3-də döyüşdə yaralansa da, bir həftə hospitalda müalicə alıb yenidən cəbhəyə qayıtmışdı.
Qəhrəman əsgərimiz oktyabrın 13-də Ağdərə istiqamətində gedən döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb. Ailəsinin iki aydan çoxdur xəbər gözlədiyi şəhidimizin nəşini ərazidən 63 gün sonra götürmək mümkün olub. O, bu gün Bakının Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, İbrahimli Məhəmmədəli Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu olub. O, magistr təhsilini Azərbaycan Texniki Universitetində alıb. Əslən Füzulinin Cuvarlı kəndindən olsa da, Beyləqanda dünyaya gəlib. Cuvarlı kəndi Məhəmmədəlinin şəhidlik zirvəsinə ucalmasından dörd gün sonra, oktyabrın 17-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Onu da əlavə edək ki, 24 yaşlı şəhidimiz “İmarət” azarkeş qrupunun ən fəal üzvlərindən biri idi.
Bir sıra yollarda görünüş məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












