ABŞ-da 70 ildən sonra ilk dəfə qadın edam ediləcək

ABŞ Federal Apelyasiya Məhkəməsi aşağı instansiya hakimin qadının edam hökmünün federal icrasını təxirə salınması ilə bağlı qəbul etdiyi qərarı ləğv edib.
Bu barədə “Report” “NBC News”a istinadən xəbər verir.
Məhkum Liza Montqomeri 2004-cü ildə hamilə qadını xüsusilə amansızlıqla qətlə yetirməkdə təqsirli bilinir. Edam hökmü 8 dekabrda, İndiana ştatında ölümcül inyeksiya ilə həyata keçirilməli idi.
Mühakimin vəkillərinin koronavirus infeksiyasına tutulması və onların cəzanın yüngülləşdirilməsi üçün vəsatət hazırlamaq üçün əlavə vaxt istəmələri hökmün həyata keçirilməsini gecikdirdi.
Nəticədə hakim edamı 12 yanvar tarixinə qədər təxirə salıb. Lakin indi bu qərar ləğv edildiyi üçün edamın icrası daha əvvəl reallaşdırıla bilər.
Qeyd edək ki, ABŞ-da sonuncu dəfə qadın 1951-ci ildə edam edilib.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












