ABŞ Rusiya şirkətlərinə qarşı sanksiya tətbiq edib

ABŞ Rusiya şirkətlərinə qarşı sanksiya tətbiq edib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, ABŞ Rusiyanın “Aviazapçast”, “Elekon” səhmdar şirkətlərinə və “Nilco Group” şirkətinə qarşı sanksiya tətbiq edib.
Vaşinqton bu şirkətlərin İran, Koreya Xalq Demokratik Respublikası və Suriyada kütləvi qırğın silahlarının yayılmamasına dair ABŞ-ın milli qanunvericiliyi pozmaqda günahlandırır.
ABŞ Dövlət Departamenti sanksiyaların tətbiqi ilə bağlı müvafiq bildirişi ABŞ hökumətinin rəsmi sənədlərinin dərc olunduğu Federal Reyestrə yerləşdirib.
Bildirişdə qeyd olunub ki, Rusiyanın adı çəkilən şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar noyabrın 6-da qüvvəyə minib. Siyahıda Rusiya şirkətləri ilə yanaşı Çinin iki şirkətinin adı da yer alıb.
Sanksiyaların müddəti iki ildir, lakin ABŞ Dövlət katibinin qərarı ilə bu müddət endirilə və ya sanksiyalar ləğv oluna bilər.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












