Abşeronda güclü partlayış - VİDEO

Abşeron rayonunda dəmir konstruksiyaların emalı sexində partlayış olub.
Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.
O bildirib ki, hadisə barədə FHN çağrı mərkəzinə daxil olan müraciətdən dərhal sonra əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin briqadaları göndərilib:
“Hadisə rayonun Novxanı yolunda - yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən dəmir-beton konstruksiya emalı sexində baş verib. Sexdə yanğınla nəticələnən partlayış qeydə alınıb. Əraziyə cəlb edilən Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən qısa müddətdə yanğın söndürülüb, təhlükəsizlik tam təmin olunub”.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində 36 yaşlı kişi yüngül xəsarət alıb.
İlkin məlumata görə, ona yuxarı ətrafın zədələnməsi diaqnozu qoyulub.
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












