Ölkəyə qaçaqmalçılıqla külli miqdarda narkotik gətirən şəxslərə ağır cəza verilib

Ölkəyə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik gətirib satmaqda ittiham olunan Gülnarə Nəsirova və Yaşar Cəfərovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Avtosfer.az xəbər ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, Yaşar Cəfərov 15 il, Gülnarə Nəsirova isə 13 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ittiham olunan şəxslər Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunublar.
İttiham olunan şəxslər həbs olunarkən onlardan ümumilikdə 10 kiloqrama yaxın yüksək təsiredici narkotik maddə heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədi ilə ölkə ərazisinə gətirdiklərini bildiriblər.
Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik dövriyyəsi) maddəsi ilə ittiham verilib.
apa
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












