Reklam

ADB Azərbaycanda yol təhlükəsizliyi ilə bağlı layihə icra edəcək

Xəbərlər 26 Noyabr 2020 17:08 Oxunub 852
ADB Azərbaycanda yol təhlükəsizliyi ilə bağlı layihə icra edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Asiya İnkişaf Bankı (ADB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramına qoşulmuş ölkələr üçün yol təhlükəsizliyi təşəbbüslərini dəstəkləyəcək və inkişaf etdirilməsini nəzərdə tutan texniki dəsətək layihəsi həyata keçirəcək. Layihənin büdcəsi 1,5 mln ABŞ dolları təşkil edir.

Avtosfer.az ADB-yə istinadən xəbər verir ki, bu layihə Azərbaycanda, Əfqanıstanda, Gürcüstanda, Qazaxıstanda, Qırğızıstanda, Monqolustanda, Pakistanda, Özbəkistanda və başqa ölkələrdə icra ediləcək.

Məlumatda qeyd edilib ki, layihə regional siyasət üzrə dialoqu asanlaşdıracaq. Layihə yol təhlükəsizliyi üzrə meydana gələn çətinliklərə qarşı koordinasiya edilmiş yanaşma və bilik mübadiləsinə şərait yaradacaq.

Bildirilir ki, CAREC-ə üzv ölkələrdə həm infrastruktura, həm də təhlükəsiz sistem yanaşmasının miqyaslı digər elementlərinə toxunan yol təhlükəsizliyi layihələri üçün imkanları araşdıracaq. Texniki dəstək layihəsi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün CAREC-ə üzv ölkələr üçün vacib olan bilik və bacarıqlarla təmin edəcək. Texniki dəstək layihəsi ADB-nin 2030-cu il strategiyasına, CAREC-ə üzv ölkələr üçün Nəqliyyat Strategiyasına, ADB-nin Regional Əməkdaşlıq və İnteqrasiya üzrə 2019-2024 -cü illər üçün nəzərdə tutulan Əməliyyat Planına uyğundur.

"Yol qəzaları CAREC-ə üzv olan ölkələr üçün əsas problemlərdən biridir. Belə ki, bu ölkələrdə yolda ölüm halları hər yüz minə 8,7 %-dən 18,1 %-ə qədər təşkil edir. Yol qəzalarının iqtisadi zərəri isə ÜDM-nin 1-5 % arası təşkil edir. Yol təhlükəsizliyi CAREC ölkələri üçün ticarəti və nəqliyyatdakı problemləri asanlaşdırmaq üçün əsas sütündur. CAREC-ə üzv olan müxtəlif ölkələr Milli Yol Təhlükəsilziyi Strategiyası qəbul ediblər, buna baxmayaraq onların bu istiqamətdə resursları azdır. CAREC ölkələri adekvat səviyyədə yol təhlükəsizliyinə nail olmaq üçün regionda yol təhlükəsizliyi ilə bağlı fəaliyyətləri koordinasiya etməlidirlər", - məlumatda deyilir.

Layihənin icra müddəti 2020-ci ilin dekbarından 2022-ci ilin dekabrına qədər nəzərdə tutulub.

Qeyd edək ki, ADB CAREC ölkələri üçün Yol Təhlükəsizliyi ilə bağlı 2014-2019-cu illərdə texniki dəstək layihəsi həyata keçirib. Bu layihə yol təhlükəsizliyi mühəndisliyi prinsipləri barədə məlumatlılığı artırdı və yol təhlükəsizliyində regional əməkdaşlıq çərçivəsini inkişaf etdirdi.

İcra ediləcək layihə ilə bağlı vurğulanır ki, CAREC-ə üzvü olan bütün ölkələrə fayda gətirəcək və bu, yol təhlükəsizliyi ilə bağlı birgə potensialın yaradılması və məlumat mübadiləsi fəaliyyətlərindən səmərəlilik qazanmasına imkan verəcək. Layihə təcrübələri və naliyyətləri özündə birləşdirəcək. Kampaniyalar və maarifləndirmə yolu ilə infrastruktur inkişaflarını həyata keçirmək və yol təhlükəsizliyinə nail olmağı layihə qarşına məqsəd qoyub.

Bu sahədə İşçi Qrupu yaradılacaq. CAREC ölkələri üçün bu istiqamətdə həyata keçirilən siyasəti daha da gücləndirmək üçün məsləhətlərini verəcək və ən yaxşı təcrübələrini bölüşəcək. Həmçinin ölkələrdə hesabat və təhlil bacarığını daha da inkişaf etdirəcək.

Ağıllı yol təhlükəsizliyi məlumat sistemləri daha da inkişaf etdiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh