ADSEA “Formula 1”ə görə gücləndirilmiş rejimə hazırdır - VİDEO

19-21 sentyabr tarixlərində Bakıda keçirələcək "Formula 1" yarışları ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin müvafiq qurumları plana uyğun olaraq tədbirlər keçirir.
Avtosfer.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, bu tədbirlərdən biri Nəqliyyat və Xüsusi Texnika İdarəsində təşkil olunub. Tədbirdə xüsusi texnika və nəqliyyat vasitələrinə baxış keçirilib. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilov və Xidmətin nümayəndələri idarənin fəaliyyəti ilə yaxından tanış olublar. Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Samir Cəbrayılov heyətin hazırlıq səviyyəsi ilə bağlı ətraflı məlumat verərək qeyd edib ki, xüsusi texnika və nəqliyyat vasitələri normativ qaydalara uyğunlaşdırılıb. İdarənin nəzdində olan avtomobillər baxışdan keçirilib, istismara yararlı vəziyyətə gətirilib.
Xidmətin rəhbərliyi əməkdaşlarla söhbət edib, tapşırıqlar verib, fəaliyyətin daha səmərəli təşkili istiqamətində tövsiyələrini bildirib. Nəqliyyat vasitələrinin işlək vəziyyətinə yerindəcə aydınlıq gətirilib.
Əməkdaşların müraciətlərini dinləyən, lazımi göstərişlər verən T. Xəlilov Xidmətin “Formula 1” yarışlarındakı təcrübəsindən çıxış edərək bildirib ki, əməkdaşların bir məqsəd ətrafında sıx birləşməsi ölkəmizdə keçiriləcək nüfuzlu idman yarışının səmərəli təşkilinə dəstək olacaq.
Çıxışlardan sonra texnikalara baxış keçirilib. Bildirilib ki, 60-a yaxın xüsusi texnika və nəqliyyat vasitəsi saz vəziyyətə gətirilərək “Formula 1” yarışları ilə əlaqədar gücləndirilmiş iş rejimində işləməyə tam hazır vəziyyətdədir.
Xatırladaq ki, "Formula 1" yarışları ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində xüsusi komissiya yaradılıb. İdarə heyəti və işçi qrupundan ibarət komissiyanın təsdiq etdiyi plana uyğun olaraq tədbirlər davam etdirilir.
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO










