“Adviad platforması” “Start Venture” proqramının qaliblərindən biri oldu – FOTO

Azərbaycana səfəri çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso ölkənin siyasi rəhbərliyi, diplomatlar, işgüzar dairələrin nümayəndələri və tərəfdaşlarla, həmçinin AYİB-in “Star Venture” proqramının qalibi olmuş Azərbaycanın “Adviad”, “Push30” və “Recepta” startaplarının rəhbərləri ilə görüşüb.
“Star Venture” proqramının məqsədi perspektivli startapların potensialının icrasına dəstək verməkdir. Proqram ilk dəfə olaraq 2022-ci ildə Azərbaycanda, həmçinin Şərq Tərəfdaşlığına daxil olan 4 ölkədə həyata keçirilib.
Odil Reno-Basso Proqramda iştirak etmək üçün müraciət etmiş 190-dan çox iddiaçı arasından seçilmələri münasibətilə Rasim Davudovu (Adviad), Adil Qasımovu (Push30) və Rauf Heydərlini (Recepta) təbrik edib, rəhbərlik etdikləri şirkətlərin yeniliklərə, davamlılığa və mükəmməlliyə sadiqliyini yüksək qiymətləndirib və onları sertifikatlarla təltif edib. Bankın prezidenti vurğulayıb ki, genişlənmə bacarığı və beynəlmiləlləşmə potensialı startapların seçilməsində əsas meyarlar olub.
“Adviad” – cəmi bir neçə kliklə on müxtəlif platformada eyni vaxtda reklam yerləşdirməyə imkan verən çoxkanallı reklam platformasıdır.
“Recepta” - hər bir alışda bütün kart əməliyyatları üçün rəqəmsal qəbzlərin yaradılması və yığılmasını avtomatlaşdıran, kağız qəbzlərə ehtiyacı aradan qaldıran rəqəmsal qəbz idarəetmə tətbiqidir.
“Push30” - korporativ idman imtiyazları, güzəştləri və endirimləri təklif edən platformadır.
Platforma öz üzvlərinə paytaxtda və ölkənin bir neçə şəhərində fəaliyyət göstərən 70-dən çox fitnes mərkəzinə limitsiz giriş imkanı yaradır.
Xatırladaq ki, yüksək potensiala malik startaplar “Star Venture” proqramı çərçivəsində 50 min avro dəyərində fərdi məsləhət və mentorluq, maliyyə və qlobal şəbəkələrə çıxış, eləcə də biznesin genişləndirilməsi imkanlarından yararlana biləcək.
Bildirək ki, “Star Venture” proqramı perspektivli startapların, akseleratorların və məsləhətçilərin öz potensiallarını üzə çıxarmasına yönəlmiş AYİB-in aparıcı proqramlarından biridir.
AYİB-in “Star Venture” proqramı Azərbaycanda Avropa İttifaqı tərəfindən dəstəklənir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












