ADY 4 ayda 3,5 milyondan çox sərnişin daşıdı

Xəbərlər 18 May 2026 12:06
ADY 4 ayda 3,5 milyondan çox sərnişin daşıdı
WhatsApp kanalımıza abunə olun

"Azərbaycan Dəmir Yolları" QSC tərəfindən bu ilin yanvar-aprel aylarında 3 milyon 597 min 854 sərnişin daşıyıb.

Avtosfer.az bu barədə ADY-ə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21% çoxdur.

Təkcə bu ilin aprel ayında 1 milyon 29 min 184 sərnişin daşınıb ki, bu da illik müqayisədə 14% artım deməkdir.

Onu da qeyd edək ki, hesabat dövründə ADY ilə səfər etmiş xarici turistlərin sayı isə 8500 nəfəri ötüb.

Oxunub : 72
ŞƏRH YAZ
Ad

E-mail

Şərh