Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxal xərcini 23 faiz artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 32,037 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 % çoxdur.
Təkcə apreldə isə Türkiyə Azərbaycana 14,279 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 2,2 dəfə çoxdur.
4 ayda Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 8,9 % artaraq 13,748 milyard ABŞ dollarına, apreldə isə 22,7 % artaraq 3,855 milyard ABŞ dollarına çatıb.
Türkiyədən ən çox bu məhsulların idxalını Almaniya 2 milyard 202,606 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 9,2 % çox), Fransa 1 milyard 686 milyon ABŞ dolları (15,8% çox) və İtaliya 1 milyard 268 milyon ABŞ dolları (24 % çox) dəyərində həyata keçirib.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












