Azərbaycan Türkiyədən maşın hissələri və komponentləri idxalı xərcini 7 faizə yaxın azaldıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 64,937 milyon ABŞ dolları dəyərində maşın hissələri və komponentləri idxal edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 % azdır. Təkcə apreldə isə Türkiyə Azərbaycana 18,767 milyon ABŞ dolları dəyərində maşın hissələri və komponentləri ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 11,2 % azdır. 4 ayda Türkiyənin maşın hissələri və komponentləri ixracının ümumi dəyəri illik müqayisədə 7,1 % artaraq 3 milyard 604,923 milyon ABŞ dollarına, apreldə isə 20,3 % artaraq 1 026,316 milyon ABŞ dollarına çatıb. Türkiyədən ən çox idxalı Almaniya 390 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 19,3 % çox), ABŞ 256 milyon ABŞ dolları (24,2 % çox) və Rusiya 176 milyon ABŞ dolları (28 % az) dəyərində həyata keçirib.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












