Bir milyona yaxın şəxsə müavinət və təqaüd ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu ilin yanvar-aprel aylarında 997 min şəxsə 752 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.
Avtosfer.az xəbər verir ki, onlardan 501 min nəfərə dövlət büdcəsi hesabına müavinət olaraq 424 milyon manat, 407 min nəfərə Prezident təqaüdü olaraq 272 milyon manat, 89 min nəfərə isə sosial sığorta hesabına müavinət olaraq 56 milyon manat ödəniş edilib.
Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən dövlət büdcəsi hesabına müavinətlər üzrə 16 faiz, təqaüdlər üzrə isə 17 faiz çox olub.
Yanvar-aprel aylarında daha 52 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 931 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












