İsveçrə 71 il sonra avtomobil yarışlarına icazə verdi - FOTO

1955-ci il iyunun 11-də Fransanın Sart departamentində keçirilən yarış avtomobil idmanında uzunmüddətli böhran yaratdı.
Avtosfer.az xəbər verir ki, yarışda (24 Heures du Mans) avtomobillərdən biri idarəetmədən çıxaraq 200 km/saat sürətlə digər avtomobilə və tamaşaçılara çırpılıb. Hadisə nəticəsində 79 nəfər ölüb, 180-ə yaxın tamaşaçı xəsarət alıb.
Bu hadisəıdən bir çox ölkə uzun illər avtomobil idmanına qadağa qoyub. Lakin 70-ci illərdə qaydalar yumşalıb, bir çox ölkə yenidən yarışlara icazə verib. Yeganə istisna İsveçrə olub.
Qüvvədə olan qanuna görə bu Alp ölkəsində istənilən mexaniki nəqliyyat vasitəsi ilə yarış qadağandır. Lakin, uzun illər davam edən danışıqlardan sonra rəsmi Bernin də mövqeyi yumşalıb.
2022-ci ildə Dövlət Şurası artıq bu məsələ ilə bağlı qərar verib. Qərara görə iyulun 1-dən etibarən müəyyən şərtlərlə Konfederasiyada avtomobil idmanına icazə veriləcək.
Ölkədə yeganə avtomobil idmanı poliqonu Linyer kommunasında yerləşir. Burada da Formula 1 yarışı mümkün deyil.
Vüqar

Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












