Bakıda və Abşeronda yağıntının miqdarı aylıq normanın 589 faizini təşkil edib - FAKTİKİ HAVA

Mayın 18-si saat 11:00-a olan faktiki hava açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. Şahdağda qar yağıb.
Bakıda və Abşeron yarımadasında yağan yağış mayın 18-də gecə saatlarından kəsilsə də, bəzi rayonlarda yağıntılar davam edib.
Bakıda və Abşeron yarımadasında sutka ərazində düşən yağıntının miqdarı 116 mm qeydə alınıb ki, bu da aylıq normanın 589%-ni təşkil edib.
Respublikanın rayonlarında düşən yağıntının miqdarı: Zaqatalada 38, Sarıbaşda (Qax) 36, Qəbələdə 26, Neftçalada 25, Kişçayda (Şəki) 24, Qobustanda 22, Şabran və Xızıda 15, Oğuzda 14, Xaltan və Qusarda 12, Daşkəsəndə 11, Qubada 9, Şahdağda 8, Qrız və Şamaxıda 7, Şahbuzda 5, Biləsuvar, Lerik, Xınalıq və Gədəbəydə 4, İsmayıllı, Xaçmaz və Tərtərdə 2, Naxçıvan, Şərur, Naftalan, Balakən, Beyləqan, İmişli, Sabirabad, Yardımlı, Astara, Ağdam, Cəlilabad, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzulidə 1 mm-dir.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












