Kral Moskvadan limuzinlə qayıtdı

Bu il Qırmızı Meydanda keçirilən Qələbə paradında iştirak edən Malayziya Kralı İbrahim Rusiyanı yeni avtomobillə — "Aurus Senat" markalı rus limuzini ilə tərk edib. Avtosfer.az Bizim.Media-ya istinadən xəbər verir ki, monarx özünün "Facebook" səhifəsində bu avtomobilə sahib olmağı "xüsusi şərəf" adlandırıb. O vurğulayıb ki, limuzin Malayziya ilə Rusiya Federasiyası arasındakı "möhkəm dostluğun və isti münasibətlərin" rəmzidir. Avtomobilin açarlarının təqdim edilməsi Moskvadakı "Xüsusi Təyinatlı Qaraj" muzeyində baş tutub. Bununla belə, paylaşımda kralın avtomobili satın aldığı, yoxsa hədiyyə olaraq qəbul etdiyi qeyd olunmayıb.
Avtomobilin texniki göstəriciləri:
"Aurus Senat" 4,4 litrlik V8 mühərriki və elektrik mühərriki əsasında qurulmuş, ümumi gücü 598 at gücü olan hibrid güc qurğusu ilə təchiz edilib. Salonda premium materiallardan istifadə olunub, xüsusi versiyalarda isə avtomobilin zirehlənməsi nəzərdə tutulur.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












